• Fisincan plov resepti

Reseptin məlumatları Baxış sayı: 51 860

Tarix : 1-06-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
500qr qoyun ətinin qiyməsi
2 ədəd orta ölçülü narın dənələri
3 qashiq palçıq turşu
3 ədəd soğan
1 x\q limon suyu və ya bir çimdik limon duzu
Eridilmiş kere yağı
1 çay qaşığı darçın
10 x/q surtgəcdən keçirilmiş qoz
duz, bibər (zövqə görə)

Hazırlanması:
Öncə qiyməyə biraz duz və istiot vurub xirda toplar hazırlayırıq. Bir kənarda soğanları yarihalqa formasında doğrayıb qızılı rəng alanadək kərə yağında qızardıb götürürük.

Tavaya yağ əlavə edib hazırladığımız xırda topları bir neçə dəqiqə qızardırıq.

Sonra üzərinə qızardılmış soğanı əlavə edirik.

1 stəkan suda həll olmush 3 x/q palçıq turşu ilə 1 x/ q limon suyunu da (limon suyunu limon duzu ilə də əvəzləyə bilərik) ətin üstünə tökürük.

Nar dənələri, sürtgəcdən keçiril Sü rtgəcdən keçirilmiş qoz,

Nar dənələri darçını da əlavə edib tavanın qapağını bağlayırıq.

Yağa düşənədək orta odda bişiririk. Çuğun tavanız yoxdursa mənim üsulumdan istifadə edə bilərsiz.


Plovun hazırlanması:
Bunun üçün:

600qr uzun düyü
əridilmiş kərə yağı
iki çimdik zəfəran
lazım olacaq.

Qazmaq üçün:
2yumurta
1qaşıq xama
5 qaşıq süzülmüş düyü
gərəkdir.

Hazırlanması:
Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana su doldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artiq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Süzdüyümüz düyüdən 5 xörək qaşığını 2 yumurta və 1 qaşıq xama ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayırıq. Üzərinə qalan düyünü, yarım stəkan qaynar suda dəmlədiyimiz zəfəranı və 150qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40 dəqiqəyə plovumuzda hazırdır. Fisincan plovu isti halda süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: əlavə, limon, dənələri, keçirilmiş, edirik, qaşıq, qoyuruq, stəkan, tökürük, suyunu, Hazırlanması, formasında, çimdik, palçıq, düyünü, turşu, artiq, yuyulmuş, doldurub, qaynamağa
BİZİ İZLƏYİN