• Toyuq ləvəngisi resepti

Reseptin məlumatları Baxış sayı: 14 644

Tarix : 1-06-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
2 ədəd balaca toyuq
200qr palçıq turşu
4 ədəd soğan
150qr qoz

Hazırlanması:
Əvvəlcə toyuqları təmizləyib, yaxşıca yuyuruq və bir kənara qoyuruq. Ləvəngini hazırlamağa başlayırıq. Soğanların qabığını təmizləyib, ət maşınından keçiririk. Cunanın içərisinə töküb suyunu sıxırıq. Qoz ləpələrini sürtgəcdən keçirib toz halına gətiririk. Bunları palçıq turşu ilə qarışdırıb zovqə görə duz və bibər əlavə edirik. Ləvəngimiz hazırdır.

Qaşıqla ləvəngini toyuqların içinə doldurub toyuğu iynə- sapla tikirik. Evinizdə kiçik yaşlı uşaqlar varsa işiniz bitər- bitməz iynəni gizlədin. Toyuqları sobada 240 dərəcədə 60 dəqiqə bişirin. Toyuq ləvəngisini plovla, kartof qizartması və digər qarnirlərlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: təmizləyib, palçıq, turşu, kiçik, Evinizdə, tikirik, yaşlı, uşaqlar, işiniz, bitər, varsa, toyuğu, ləvəngini, Qaşıqla, hazırdır, toyuqların, içinə, bitməz, doldurub, sapla
BİZİ İZLƏYİN