• Narqaralı plov resepti

Reseptin məlumatları Baxış sayı: 16 817

Tarix : 19-03-2017, 13:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ortaölçülü nar
3 ədəd soğan
2 x/q şəkər tozu
1 ç/q duz
ərinmiş kərə yağı
sarıkök

Hazırlanması:
Əvvəlcə narları dənələrə ayırırıq. Daha sonra soğanları soyub yarımhalqa doğrayırıq. sogasss Soğanı yağda qızardırıq. Soğan qızaranda narları da əlavə edirik. Üzərinə təxmini 3 x/q su, 2 x/q şəkər tozu, 1 ç/q duz əlavə edib aşağı odda bişiririk. Nar özü də su buraxacaq. Yağa düşənə yaxın tavanın qapağını açıb, birazca sarıkök də əlavə edirik. Artıq narqaramız hazırdır. Keçək plova

Tərkibi:
600qr uzun düyü
əridilmiş kərə yağı
iki çimdik zəfəran

Hazırlanması:
Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana sudoldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artiq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Bu dəfə hazır lavaşdan qazmaq edəcəyik. Lavaşı qazanın dibinə qoyub üzərinə süzülmüş düyünü, yarım stəkan qaynar suda dəmlədiyimiz zəfəranı və 150qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40dəqiqəyə plovumuz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, qoyuruq, Tərkibi, hazırdır, düyünü, narları, ərinmiş, sarıkök, şəkər, Hazırlanması, hazır, elavə, bişməmiş, ocaqdan, süzürük, götürüb, qaynayanda, qaynamağa, sudoldurub
BİZİ İZLƏYİN