• Kartoflu vareniklər resepti

Reseptin məlumatları Baxış sayı: 15 930

Tarix : 11-06-2016, 10:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
Un - 2 stəkan
Su (ilıq) – yarım stəkan
Yumurta - 1 ədəd
Xama – 1 çay qaşığı
Narın xörək duzu

İçlik üçün:
Kartof – 3 ədəd böyük ölçülü
Böyük baş soğan - 1 ədəd
Sarımsaq - 2 diş
Narın xörək duzu
Qara istiot - zövqə görə
Dəfnə yarpağı - 1 ədəd
Zeytun yağı
Xama – 1 çay qaşığı
Süd – 2 xörək qaşığı
Bir az ya quru nanə, ya da ki, təzə nanə
Sarıkök – 2 çimdik

Hazırlanması:
Un, yumurta, su, duz və xama qarışdırılıb xəmir yoğurulur. Xəmir əldən ayrılana qədər yoğurmaq lazımdır. Xəmiri örtüb saxlayırıq və içliyi hazırlayırıq. Kartofu yuyub, qabıqlarını soyub, kiçik kub formasında doğrayıb bişməyə qoyuruq. Bir az qaynadıqdan sonra dəfnə yarpağını yuyub qazana əlavə edirik. Sonra soğanı və sarımsağı xırda-xırda doğrayıb əlavə edirik. Tam bişdikdən sonra dəfnə yarpağını götürürük, kartofu kartof əzənlə əzirik, püre halına salırıq. Sonra südü, xamanı, duzu, istiotu, nanəni, sarıkökü əlavə edirik, qoyuruq qaz sobasında 2 dəqiqə qalır və götürürük. Sonra xəmiri yayırıq, stəkanla yumru dairələr kəsirik. İçliyi xəmirə doldururuq və sanki kiçik şəkərburalar alınır, xəmirlərin ağzını da, şəkərbura kimi bükürük. Və hazır varenik xəmirlərini zeytun yağında peraşki kimi qızardırıq. Hazır olduqda isə mayonez və ya xama ilə servis edə bilərsiniz.

Nuş olsun!

/ Nuranənin mətbəxi /
Etiketlər: xörək, əlavə, edirik, Sonra, qaşığı, kiçik, yuyub, dəfnə, doğrayıb, sonra, qoyuruq, yarpağını, Narın, stəkan, Xəmiri, xırda, götürürük, sobasında, dəqiqə
BİZİ İZLƏYİN