• Tərəvəzli plovun resepti

Reseptin məlumatları Baxış sayı: 10066

Tarix : 5.06.2016, 15:00

Bölmə : Quru yeməklər, Aş - Plov, Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Düyü – 2 st
Kök - 3 ədəd
Bolqar bibəri – 2 ədəd
Noxud (qorox) - 1 balaca qutu bonduel yaşıl noxudu
Zeytun yağı - 2 qaşıq
Su – 3 st
Zövqə görə duz

Hazırlanması:
Düyü isti suda islağa qoyulur. Kök bişirilir və kub formasından çox da böyük olmayan formada doğranılır. Bolqar bibəri yuyulur, tumu təmizlənir və o da kub formasında köklə eyni böyüklükdə doğranılır. Yaşıl noxudun suyu süzülür və ya evdə olan sarı noxuddan da 150 qram bişirib istifadə etmək olar. Zeytun yağını tavada qızdırdıqdan sonra islaqdakı düyü əlavə edilir tavaya və bir az qovrulur. Sonra kök, bibər, noxud əlavə edilir və onlar da bir az düyü ilə qovrulduqdan sonra suyu əlavə edirik, sonda isə zövqə görə duz qatılır. Suyu çəkilənə yaxın istəsəniz zövqə görə 1 qaşıq zəfəranı suda həll edib plova əlavə etmək olar. Tam suyu çəkiləndən və bişdiyinə əmin olduqdan sonra sobandan götürə bilərsiniz (təxminən 40 dəqiqəyə yaxın vaxtda hazır olur).

İstəsəniz plovunuzun yanında toyuğun döş ətindən bol soğanda hazırlanmış qara da servis edə bilərsiniz.

Nuş olsun!

/ Nuranənin mətbəxi /

Etiketlər: əlavə, sonra, bilərsiniz, yaxın, qaşıq, etmək, edilir, Zeytun, zövqə, doğranılır, Bolqar, bibəri, hazırlanmış, servis, qatılır, çəkilənə, istəsəniz, sonda, soğanda, qovrulduqdan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN