• Pendirli günəbaxan çörəyi

Reseptin məlumatları Baxış sayı: 15 452

Tarix : 5-06-2016, 09:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 4 su stəkanı
Maya – 1 x.q.
Şəkər – 2 x.q.
Kərə yağı – 2 x.q.
Yumurta – 1ədəd
Süd – 1 çay stəkanı
Su – 1 çay stəkanı
Duz – 1 desert qaşığı

İçlik üçün:
Pendir – 500 qr.
Cəfəri – 1 dəstə

Üzəri üçün:
Yumurtanın sarısı – 1 ədəd
Çörəkotu

Hazırlanması:
Kərə yağı isidilir. Su və süd isə ilıqlaşana qədər isidilir. Yorğuracağınız qaba əlavə olunur. Üzərinə maya, yumurta, şəkər, duz və un əlavə edilərək xəmir yoğrulur. Xəmir hazır olduqdan sonra üzəri yaxşı örtülür və 30 dəqiqə özünə gəlməsi üçün isti yerdə saxlanılır. İçlik üçün ağ pendiri çəngəllə əzmək lazımdır, cəfərini isə xırda-xırda doğrayıb əzilmiş pendirə əlavə edin. Xəmiri iki yerə ayırın. İlk xəmiri mantı xəmiri qalınlığında yumru şəkildə yayın. Pendirli içliyi xəmirin ortasına və kənarlarına qoyun. İkinci xəmri də birinci xəmir kimi yayın və onun üzərinə qoyun. Kənarlar bir-birinə açılmayacaq şəkildə bərkidilir. Xəmirin ortasına içliyi də içinə alacaq böyüklükdə kasa qoyulur. Sanki göbək düzəldirsiniz kimi. Kasanın kənarları çəngəllə basdırılaraq forma verilir. Kasa ortada qalır, amma siz kasadan kənarda qalan xəmiri 3 barmaq genişliyində hissələrə bölün. Hər dilim içindəki pendirli içlik görünəcək şəkildə kənarlardan bükün. Sanki pidə bükürmüş kimi. İçlik yaxşı görünməsə əlinizlə dilimləri bir az aralayın. Kasanı götürün, pendirli içlikdən başqa, xəmirin hər tərəfinə yumurta sarısı çəkin. Xəmirə günəbaxan görüntüsünü vermək üçün kasa qoyduğumuz orta hissəyə çörəkotu səpilir. Çörək 180 dərəcə əvvəldən isidilmiş sobada bişirilir.

Nuş olsun!

/ Nuranənin mətbəxi /
Etiketlər: şəkildə, xəmiri, əlavə, İçlik, stəkanı, xırda, çəngəllə, xəmir, yumurta, yaxşı, pendirli, xəmirin, içliyi, Sanki, yayın, ortasına, qoyun, sarısı, isidilir, hissələrə
BİZİ İZLƏYİN