• Çuğundurlu, bibərli yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 13 187

Tarix : 11-06-2016, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2


Tərkibi:
1 orta boy soğan,
Yarım dəstə çuğundur,
1 kiçik qırmızı bibər (Arzuya görə acı bibər də olar),
1 çay qaşığı kərə yağı,
3 yemək qaşığı zeytun yağı,
Adam sayına görə yumurta,
Duz,
İstiot.

Hazırlanması:
Çuğunduru təmizləyib yuyun.
Aşsüzəndən suyunu süzün.
Bibərləri də təmizləyib yuyun və suyunu süzün.
Çuğunduru və bibərləri incə-incə doğrayın.
Soğanları soyub küp-küp doğrayın.
Tavaya kərə yağını və zeytun yağını qoyub əridin.
Küp-küp doğradığınız soğanları və qırmızı bibəri yağın içinə əlavə edin.
Soğanlar saralana qədər qovurun.
Çuğundurun saplarını da çox incə doğrayın və qovurduğunuz soğana əlavə edib qovurun.
İncə doğranmış çuğunduru da soğanın üzərinə əlavə edin.
Çuğundur yumşalan kimi duz və istiotunu əlavə edib qarışdırın. Yumurta qıracağınız yerləri azca çuxurlaşdırın və həmən çuxurlara yumurtaları qırın.
Yumurtalar bişincə ocağı söndürün.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, təmizləyib, Çuğunduru, yuyun, süzün, yağını, zeytun, qovurun, suyunu, qırmızı, bibər, qaşığı, çuğunduru, ocağı, Çuğundur, soğanın, doğranmış, üzərinə, soğana
BİZİ İZLƏYİN