• Toyuq qiyməli makaron mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 15 540

Tarix : 11-06-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Yarım kiloqram toyuq qiyməsi və ya ət qiyməsi,
1 paket makaron,
2 ədət orta boy soğan,
Duz,
İstiot,
Bir çay qaşığı bibər tomatı,
Mantını toyuq qiyməsi ilə hazırlayacaqsınızsa qiymənin içinə iki diş sarımsaq qoyun.
Ət ilə hazırlayacaqsınızsa sarımsağa ehtiyac yoxdur.
Qatıq,
Sarımsaq,

Üzərinə:
Zeytun yağı,
Toz bibər,
Nanə,

Hazırlanması:
Makaronu duzlu suda əvvəlcə bir az bişirin.
Doldurulduqdan sonra təkrar bişiriləcəyi üçün azca bişirmək lazımdır.
İç xərcini torbaya yığıb makaronlara doldurmaq çox asand olur. Makaronları doldurduqdan sonra mantını ət bişənə qədər qaynatmaq lazımdır.
Bişdiyi zaman sarımsqlı qatığı hazırlama lazımdır.
Bunun üçün sarımsaqları soyub əzirik.
Qatığa duz və bir az su əlavə edib açırıq.
Əzdiyimiz sarımsaqları qatığa qatıb yenidən qarışdırırıq.
Mantini servis edəcəyimiz sinini əritdiyimiz yağla yağlayırıq.
Bişmiş mantını aşsüzəndən süzürük.
Hazır mantını yağladığımız siniyə yığıb, üzərinə sarımsaqlı qatıq, yağ töküb, nanə və toz bibər səpirik.
Mantımızı isi-isti servis edirik.

Nuş olsun!
Etiketlər: lazımdır, mantını, bibər, qiyməsi, sarımsaqları, yığıb, servis, sonra, hazırlayacaqsınızsa, toyuq, Əzdiyimiz, qatığa, qatıb, yenidən, zaman, əlavə, sarımsqlı, soyub, hazırlama
BİZİ İZLƏYİN