• Qabaq (kabaçi) dolması resepti

Reseptin məlumatları Baxış sayı: 20 257

Tarix : 11-06-2016, 20:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
5 ədəd kabak (kabaçki) (Cucurbita)
2 ədəd soğan
500 qram qiymə
1 stəkan düyü
2 qaşıq tomat
2 qaşıq marqarin
1/2 dəstə şüyüd
1 çimdik quru nanə
1 stəkan tomatlı su
üyüdülmüş istiot
duz zövqə görə

Hazırlanması:
2 ədəd baş soğanı soyun və doğrayın.
Kabakları (kabaçki) ortadan 2 hissəyə bölün və qabığını bıçaq vasitəsi ilə soyun.
Dolmanın içliyini hazırlayın. Bunun üçün qiyməyə soğan, düyü, nanə, tomat, istiot, duz əlavə edin və yoğurub qarışdırın.
Qabıqlarını soyub ortadan iki yerə kəsdiyiniz kabakların içərisini bir qaşıq vasitəsi ilə oyub çıxardın.
İçərisini oyub çıxartdığınız kabakların içərisinə qiyməli içliyi doldurun.
İçərisinə qiyməli içlik doldurduğunuz kabakları bir qazana səliqə ilə düzün.
Sonra qazanda dolmaların üzərinə marqarin və şüyüd əlavəedin. Bundan sonra ən üstdən də tomatlı suyu əlavə edin.
Vam odda bişirin.

Nuş olsun!
Etiketlər: qaşıq, şüyüd, soyun, vasitəsi, tomatlı, istiot, əlavə, marqarin, tomat, kabakların, kabaçki, soğan, ortadan, stəkan, qiyməli, içlik, doldurduğunuz, doldurun, İçərisinə, çıxartdığınız
BİZİ İZLƏYİN