• Dietik omlet resepti

Reseptin məlumatları Baxış sayı: 24 404

Tarix : 11-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Pəhriz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2


Tərkibi:
1 ədəd yumurta
4 ədəd yumurtanın ağı
az miqdarda duz
Bir çimdik çəkilmiş istiot
2 yemək qaşığı göbələk
1 ədəd ispanaq
5 dilim yağsız basdırma
1 dilim yağsız holland pendiri

Hazırlanması:
Yeməyi hazırlamaq üçün əvvəlcə yağsız holland pendiri, yağsız basdırma, isbanaq və göbələkdən başqa bütün ərzaqları (yumurta, yumurtaların ağı, duz, istiot) yaxşıca çırpıb qarışdırın.

Yapışmayan tavaya çırpılmış yumurtaları əlavə edin. Bunun üzərinə isə göbələk, ispanaq, basdırma və holland pendirini səliqə ilə düzün.

5 dəqiqədən sonra tavanı ocağın üzərindən götürə bilərsiniz. Diabetik omlet hazırdır.

Nuş olsun!
Etiketlər: yağsız, basdırma, holland, ispanaq, dilim, yumurta, göbələk, pendiri, istiot, pendirini, səliqə, düzün, üzərinə, dəqiqədən, Bunun, çırpılmış, yumurtaları, əlavə, sonra, tavanı
BİZİ İZLƏYİN