• Badımcan pizza resepti

Reseptin məlumatları Baxış sayı: 14 902

Tarix : 10-06-2016, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Pizza / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd badımcan,
3 ədəd pamidor,
100 q Holland pendiri rəndəsi,
5 dilim dana jambon,
2 diş sarımsak,
Təzə və ya quru fəsləyən.
İstiot,
Duz,

Hazırlanması:
Əvvəlcə badımcanları yuyun.
Bir qabda duzlu su hazırlayın.
Badımcanları bir barmaq qalınlığında kəsib hazırladığınız duzlu suya qoyun.Bir az duzlu suda qalsın.
Daha sonar badımcanları sudan çıxarın və badımcanları qurudun.
Bir fırça yardımı ilə hər iki tərəfini duru yağla yağlayaraq fırın tabağına yığın.
Əvvəlcədən 180 dərəcə qızdırdığın fırında 15-20 dəqiqəyə yaxın bişirin.
Badımcanlar fırında bişərkən bir az yağda kiçik-kiçik doqadıqınız sarımsaqları və daha sonra isə kubik şəklində doğradığınlz pomidorlarıda acazıq qovurun.
Ocaqdan aldıqdan sonra içərisinə incə doğranmış təzə fəsləyən və ya quru fəsləyən əlavə edin.
Rəndələdiyiniz holland pendirini də əlavə edin.
Bundan sonra hazır malzamələri qarışdırın.
Bu qarışığı fırın sinisində olan badımcanların üzərinə əlavə edin.
Servis etməzdən 10 dəqiqə əvvəl 180 dərəcə qızdırdığınız fırında bişirin.
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: badımcanları, duzlu, sonra, əlavə, fəsləyən, fırında, dərəcə, kiçik, fırın, bişirin, aldıqdan, Ocaqdan, qovurun, içərisinə, doğranmış, Rəndələdiyiniz, badımcan, pomidorlarıda, sarımsaqları
BİZİ İZLƏYİN