• Dietik makaron resepti

Reseptin məlumatları Baxış sayı: 24 462

Tarix : 10-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Pəhriz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket makaron
50 qram az yağlı pendir
1 ədəd pomidor
Yarım stəkan cəfəri
Yarım stəkan nanə
2 yemək qaşığı zeytun yağı
Yetəri qədər duz
1 çimdik əzilmiş istiot
Zövqə görə pul bibər

Hazırlanması:
Makaron bişiriləcək suya 1 yemək qaşığı zeytun yağı əlavə edin. Zeytun yağlı su qaynamağa başladıqdan sonra buraya bir paket makaron əlavə edin. Makaron bu suda təqribən 10 dəqiqə qaynasın. Bundan sonra makaronu süzün.
Pendirdən başqa bütün əzraqları (pomidor, cəfəri, nanə) kiçik – kiçik doğrayın.
Sos tavasına 1 qaşıq zeytun yağı əlavə edin və qabığı soyulub doğranmış pomidorları bu yağda bişirin.
Pomidoru ocağın üzərindən götürməmişdən əvvəl doğranmış cəfəri və nanəni əlavə edin. Sonra ədviyyatları da (duz, istiot, pul bibər) əlavə edin və qarışdırın.
Süzdüyünüz makaronu yemək qabına çəkin.
Makaronun üzərinə pomidor sosu qoyun. Sonra isə ən üsttən az yağlı pendiri əzin və makarona əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, pomidor, yemək, yağlı, cəfəri, zeytun, bibər, Sonra, doğranmış, kiçik, makaronu, istiot, sonra, Makaron, qaşığı, stəkan, makaron, Yarım, paket, ocağın
BİZİ İZLƏYİN