• Kələm dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 414

Tarix : 13-06-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Qoyun əti: 162 qram,
Düyü: 20 qram,
Noxud: 10 qram,
Baş soğan: 15 qram,
Dolmalıq kələm: 220 ram,
Şabalıd: 50 ram,
Keşniş: 15 qram,
Pomidor: 50 qram,
Üzüm sirkəsi:10 q, və ya limon duzu: 2 q,
Toz şəkər: 5 qram , və ya doşab – 15 qram,
Darçın: 0,1 qram,
Duz (lazım olduğu qədər)

Hazırlanması:
Kələm Dolması hazırlamaq üçün əvvəlcə qiymə hazırlanır. Bunun üçün qoyun əti ətçəkən maşından soğanla birlikdə keçirilir. Bu şəkildə soğanlı qiymə hazırlanır.

Qiymə hazırlamamışdan əvvəl soyuq suda noxud ləpəsi isladılır.

Şabalıdlar təmizlənir və kiçik ölçüdə doğranılır.

Daha sonra soğanlı hazır qiyməyə düyü, əvvəlcədən isladılmış noxud ləpəsi, kiçik ölçüdə doğrnamış şabalıd, doğranmış pomidor, kiçik- kiçik doğranmış göyərti, lazımi qədər istiot və duz əlavə edilir. Bütün bu qarışıqlar və qiymə yaxşıca qarışdırılır.

Dolmanın içi hazır olduqdan sonra sıra gəldi kələmin hazırlanmasına.

Su geniş bir qazanda qaynadılır. Bu qaynar suda kələm pörtlədilir. Pörtlədilmiş kələmin yarpaqları bir – birindən ayrılır.

Hər dolma üçün üç ədəd kələm yarpağı götürülür. Hazırlanan qiymə qarışığı kiçik parçalar halında pörtlədilmiş kələm yarpaqlarının içərisinə qoyulur. Qiymə kələm yarpaqlarına bükülür.

Bükülmüş dolmalar səliqə ilə qazana düzülür. Bəzən alt hissədə olan dolmaların yanmaması üçün qazanın dibinə pörtlədilmiş kələm yarpaqları düzülür. Dolmalar bükülüb qazana yığıldıqdan sonra üzərinə yavaş – yavaş qaynar su və ya ət bulyonu tökülür.

Ağırlıq üçün Kələm Dolması üzərinə kiçik bir tabaq tərs çevrilərək qoyulur.

Dolma vam odda bişirilir.

Kələm Dolması bişənə yaxın (bişməyə təqribən 20 dəqiqə qalmış) üzərinə şəkər və sirkə əlavə edilir.

Dolma süfrəyə verilərkən üzərinə bişirildiyi sous və biraz da darçın tozi səpilir.

Nuş olsun!
Etiketlər: kələm, kiçik, üzərinə, qiymə, Kələm, Dolması, sonra, doğranmış, qaynar, qoyulur, hazırlanır, soğanlı, yavaş, Qiymə, ölçüdə, hazır, düzülür, qazana, noxud, ləpəsi
BİZİ İZLƏYİN