• Fransız üsulu tost resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 7798

Tarix : 14.06.2016, 10:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 4-6


Tərkibi:
6 dilim tost çörəyi
Dilimlənmiş sucuq
Dilimlənmiş Holland pendiri
2 yeməkqaşığı kərə yağı
1 yemək qaşığı zeytun yağı
2 ədəd yumurta
1 kiçik stəkan süd
1 çimdik duz
1 kiçik qaşıq pul bibər
1 çimdik əzilmiş istiot

Hazırlanması:
Klassik tostdan fərqli olaraq, çox doyurucu olan və börək kimi olan bu Fransız Üsulu Tost, çox ləzzətli olur. Tost hazırlanarkən süd olmadığı təqdirdə, 3 qaşıq qatığı su ilə açıb (ayran hazırlayıb), süd qadılığına gətirib, yumurta və ədviyyat vurub istifadə etmək mümkündür.

İndi isə tost hazırlamağa başlayaq:
1. Tost çörəklərinin kənarlarını kəsin.

2. Süd, yumurta, istiot, bibər və duzu bir qabda yaxşıca qadışdırın.

3. Sucuq və holland pendirini dilimləyin. Tost çörəyinin üzərinə bu sucuq və holland pendiri dilimlərini düzün. Digər tost çörəyini bunların üzərinə qoyun və ortadan kəsin.

4. Kəsdiyiniz tost çörəyini hazırladığınız yumurtalı qarışığa bulaşın.

5. Geniş bir tavada kərə yağını isidin. Yağ əridikdən sonra yumurtalı tost çörəyi dilimlərini tavaya qoyun. Tava nə qədər geniş olarsa, bir dəfədə bir o qədər çox tost bişirmək mümkün olar.

6. Tavadakı tost çörəyi dilimlərini arxalı – önlü olaraq qızardın.

7. Qızarıb bişən Fransız Üsulu Tost isti olaraq servis edilir.

Fransız üsulu tost resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: dilimlərini, yumurta, çörəyi, olaraq, Fransız, istiot, bibər, Üsulu, qoyun, üzərinə, holland, kəsin, çörəyini, qaşıq, yumurtalı, qədər, kiçik, pendiri, Dilimlənmiş, sucuq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica