• Fırında lavaş resepti

Reseptin məlumatları Baxış sayı: 14 919

Tarix : 14-06-2016, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
4 ədəd lavaş,
200 q qiymə,
1 ədəd quru soğan,
4-5 ədəd yaşıl bibər,
2 ədəd pomidor,
½ çay stəkanı maye yağ,
Duz,
Pul bibər,
Kəklik otu,
2 stəkan süd,
2 yemək qaşığı un,
1 kasa holland pendiri,

Hazırlanması:
Maye yağda soğan və qiyməni qovurun.
Yaşıl bibər və pomidoru əlavə edərək çox qovurmadan duz, bibər, kəklikotunu da əlavə edib ocağın altını söndürün.
Lavaşların yanlarındaki artıqları kəsin.
Hazırladığınız qiyməli sosu lavaşın içinə yayıb rulon kimi bükün.
Fırını 200 dərəcəyə qədər qızdırın.
Beşamel sos hazırlamaq üçün maye yağda unu qovurun.
Südü yavaş-yavaş əlavə edərək qatılaşdana qədər qarışdırın.
Hazırlamış olduğunuz lavaşların üzərinə beşamel sosu sürtərək üzərini holland pendiri ilə örtərək fırına verin.
Holland pendiri tamamən əridikdən sonra fırından çıxardıb servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, pendiri, əlavə, yavaş, holland, qovurun, qədər, edərək, soğan, yağda, üzərinə, Hazırlamış, lavaşların, olduğunuz, qatılaşdana, dərəcəyə, Fırını, qızdırın, Beşamel, beşamel
BİZİ İZLƏYİN