• Saxsıda soslu küftə resepti

Reseptin məlumatları Baxış sayı: 13 619

Tarix : 10-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd quru soğan,
2 diş sarımsaq,
1 ədəd yumurta,
100 q holland pendiri,
Köhnə çörək içi,
Pul bibər,
Cəfəri,
İstiot,
Duz,
2 ədət pomidor,
1 diş sarımsaq,
1 yemək qaşığı tomat,

Hazırlanması:
Soğan, sarımsaq, cəfəri və yumurtanı roborta alıb çırpın.
Yoğurma qabına qiyməni alıb üzərinə robotdan keçirtdiyiniz ərzaqları və köhnə çörək içini, duz və ədviyyatları əlavə edib yoğurun.
Yoğurduğunuz küftəyə istəyinizə görə şəkil verin.
Üzərini streç film ilə bağlayaraq 2 saat soyuducuya qoyun.
Sos hazırlamaq üçün pomidorları rəndələyin.
Bir tavaya az miqdarda maye yağ tökərək pomidorları da içinə əlavə edin .
Pomidorlar bir az bişdikdən sonra tomat ,sarımsaq və ədviyyatları da əlavə edin.
Üzərinə yarım stəkan su əlavə edib bir az bişirin.
Soyuducuda olan küftələri tavaya alaraq maye yağda iki tərəfli qızardın.
Küftələri fırında da bişirəcəyiniz üçün çox bişməsinə ehtiyac yoxdur.
Küftələri saxsı qablarına alaraq üzərinə hazırlamış olduğunuz pomidor sosunu əlavə edin.
180 dərəcəyə yaxın qızdırdığınız fırında bişirin.
Suyunu çəkib üzəri qızarmağa başladığında holland pendirini rəndələyib üzərinə səpin.
Pendirlər əriyənə kədər fırında saxlayın və sonra yeməyi fırından alın.
İsti halda plov ilə birlikdə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, fırında, üzərinə, sarımsaq, tavaya, pomidor, pomidorları, Küftələri, alaraq, çörək, ədviyyatları, sonra, holland, bişirin, yoxdur, ehtiyac, qablarına, hazırlamış, bişməsinə, saxsı
BİZİ İZLƏYİN