• Fırında yumurtalı sucuqlu pendirli çörək dilimləri resepti

Reseptin məlumatları Baxış sayı: 9705

Tarix : 14.06.2016, 15:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4




Tərkibi:
7-8 dilim köhnə çörək(təzə də ola bilər) ,
2-3 kibrit qutusu qədər pendir,
1 ədət yumurta,
1 ovuç holland pendiri,
Bir az sucuq (kiçik-kiçi doğranmış),
1 ədəd pomidor,
1 ədəd qırmızı bibər,
1 şorba qaşığı maye yağ,

Hazırlanması:
Pomidoru yuyun.
Sonra pomidor və sucuqları kiçik-kiçik doğrayaraq bir qaba yığın.
Digər ərzaqları da onların üzərinə əlavə edin.
Pendirləri də əlavə edərək tamamən əzin.
Bu qarışıqdan bir qaşıq çörək dilimlərinin üzərinə yaxın.
Bir fırın sinisinə yağlı kağız sərin.
Kağızın üzərinə çörəkləri düzün.
Əvvəlcədən 200 dərəcə qızdırılmlş fırında 15 dəqiqə qədər üstləri qızarana qədər bişirin.
İsti-isti servis edin.

Nuş olsun!

Etiketlər: kiçik, üzərinə, qədər, əlavə, pomidor, çörək, yaxın, fırın, sinisinə, yağlı, dilimlərinin, qaşıq, Pendirləri, olsun, edərək, tamamən, qarışıqdan, kağız, Kağızın, fırında
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN