• Fırında holland pendirli badımcan resepti

Reseptin məlumatları Baxış sayı: 15 750

Tarix : 12-06-2016, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd iri badımcan(8 ədəd olur),
3 ədəd orta boy quru soğan,
2 ədəd qırmızı bibər,
2 ədəd yaşıl bibər,
4-5 ədəd pomidor,
3-4 diş sarımsaq,
2 yemək qaşığı bibər tomatı,
Duz ,
Istiot,
Maye yağ

Üzəri üçün:
Holland pendiri dilimləri,

Hazırlanması:
Badımcanları yuyun.
Suyunu dəsmalla qurudun.
Sonra badımcanları cizgili soyun.
Uzununa qalın dilimlərə ayırın.
Bir tavada az yağ ilə iki üzünü az yumşalana qədər qızardın.
Artıq yağını alması üçün kağız sərili tabağa yığın.
Eynı tavaya yenə azca yağ alıp soğanları və əzilmiş sarımsaqları əlavə edib azca qızardın.Tomatı əlavə edin.
Kiçik-kiçik doğranmış pomidorları da əlavə edib qarışdırın.
Bibərləri də əzmədən bir az bişirib üzərinə duz və istiot əlavə edərək ocağı söndürün.
Badımcanları yağlı kağız sərilmiş fırın tabağına düzün.
Üzərlərinə hazırlanan qarışığı əlavə edin.
180 dərəcəyə qədər qızdırılan fırında pomidor və bibərləri qızarana qədər, badımcanlar yumşalana qədər bişirin.
Bişməyə yaxın fırından alıb üzərinə holland pendiri dilimlərini yerləşdirin və yenidən fırına verin.
Pendirlər qızardıqdan sonra fırından çıxardın və isti halda servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, bibər, qızardın, fırından, kağız, pendiri, üzərinə, yumşalana, Badımcanları, pomidor, Üzərlərinə, hazırlanan, fırın, tabağına, düzün, yağlı, bişirib, Bibərləri
BİZİ İZLƏYİN