• Bibər və fəsləyən soslu levrək resepti

Reseptin məlumatları Baxış sayı: 14 023

Tarix : 12-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd bütün levrək (içi təmizlənmiş),
1 ədəd qırmızı acı bibər (doğranmış),
1 ədəd qırmızı soğan (dilimlənmiş),
2 diş sarımsaq (əzilmiş),
2 yemək qaşığı zeytun yağı,
1 yemək qaşığı xardal,
1 yemək qaşığı sirkə,
3 yemək qaşığı soya sosu,
4 dəstə fəsləyən (doğranmış),
1\2 dəstə şüyüd,

Hazırlanması:
Balığın hər iki tərəfini bıçaqla cızın.
Qalan bütün ərzaqları robortdan keçirdin.
Balıqları duz və istiotla dadlandırıb izqara qabına alın.
Hazırladığınız qarışığı mətbəx fırçasıyla balığın üzərinə sürün.
Qalan qarışığı balığın o biri tərəfinə də sürtün.
Sos bitənə qədər balığı çevirərək 15 dəqiqəyə yaxın bişirin.
Yanında bol limonlu salat ilə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, balığın, Qalan, qarışığı, doğranmış, bütün, dəstə, qırmızı, tərəfinə, sürtün, sürün, üzərinə, fırçasıyla, qabına, Hazırladığınız, mətbəx, bitənə, çevirərək, salat
BİZİ İZLƏYİN