• Qabırğa dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 678

Tarix : 14-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
3 kq qoyun qabırğası
1,5 su st. düyü
250 q qoyun əti
1 ç.q. bəyaz istiot
1 ç.q. qara istiot
0,5 qəhvə qaşığı darçın
1 ç.q. duz
2 soğan
0,5 su st. badam
0,5 su st. antep fıstığı
0,5 dəstə cəfəri

qapağı bərkitmək üçün:
1,5 su st. un
1 x.q. duz
1 st su

sous:
1,5 x.q. qatıq
1 x.q. kərə yağı
4-5 budaq rozmarin

Hazırlanması:
Düyünü duzlu suda 10-15 dəqiqə isladın.
Qabırğanın üzərini cib kimi kəsin. 1 soğanı xırda doğrayın.
Düyünü, antep fıstığını (yaxud qovrulmuş badam, dolma (şam) fıstığı), istiot, bəyaz istiot, doğranmış cəfəri, xırda doğranmış quzu ətini, azca duz, darçın əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun.
Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun.
Qazanın qapağını örtün.
Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun.
Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: qoyun, istiot, cəfəri, xırda, doğranmış, fıstığı, qatıq, Düyünü, olsun, antep, soğan, badam, bəyaz, darçın, ağzına, qazanın, yoğurun, xəmir, qapağın, qırağı
BİZİ İZLƏYİN