• Ət qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 21 967

Tarix : 17-06-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Dana əti – 3 kq.
Quyruq yağı – 250 qr.
Duru yağ – 1 stəkan
Duz

Bəzədilməsi üçün:
Xiyar turşusu
Acı bibər turşusu
Kəklikotu

Hazırlanması:
Dana əti quş başından bir az daha böyük formada doğranır.
Ət yağla birlikdə tavada yumşalana kimi bişirilir (öz suyunda bişməsi məsləhətdir).
Quyruq yağı ayrı bir tavada əridilir.
Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz və ərimiş quyruq yağı əlavə olunur.
Bişdikdən üzərinə kəklikotu gəzdirilir.
Xiyar və acı bibər turşusu ilə bəzədilir. Qovurmanız hazırdır!

Nuş olsun!
Etiketlər: turşusu, tavada, bibər, Quyruq, Xiyar, quyruq, əlavə, ərimiş, olunur, bişməsinə, dəqiqə, Qovurmanın, qalmış, kəklikotu, Qovurmanız, hazırdır, olsun, bəzədilir, gəzdirilir, üzərinə
BİZİ İZLƏYİN