• Əvəlik dolması resepti

Reseptin məlumatları Baxış sayı: 19 135

Tarix : 16-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Qoyun əti – 108q
Düyü – 30q
Baş soğan – 20q
Göyərti (keşniş, şüyüd və nanə) – 15q
Əvəlik – 40q
Qatıq – 20q
Əridilmiş yağ – 10q
Duz-zövqə görə
İstiot-zövqə görə
Darçın-zövqə görə.

Hazırlanması:
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir.
Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.
Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir.
Qiymə yaxşı qarışdırılır.
Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir.
Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.

Nuş olsun!
Etiketlər: bişirilir, zövqə, şüyüd, keşniş, Qoyun, üzərinə, hesabla, qiymə, bükülüb, yığılır, qazana, yarpağa, yaxşı, vəziyyətə, yarımhazır, gəlincə, Qiymə, töküb, qarışdırılır, təqribən
BİZİ İZLƏYİN