• Buritto resepti

Reseptin məlumatları Baxış sayı: 15 443

Tarix : 16-06-2016, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
6 əd. lavaş
400 qr. toyuq filesi
200 qr. düyü
2 baş soğan
3 əd. bolqar bibəri
4 əd. pomidor
150 qr. holland pendiri
göyərti (zövqə görə)
1-2 xör.qaş.- ketçub
duru yağ, duz, istiot

Hazırlanması:
Fileni xırda doğrayın, yağ tökülmüş tavada 10 dəq. qovurun, duz, istiot əlavə edin.
Doğranılmış pomidor, bibər, soğan, ketçup əlavə edib qarışdırın.
Tavanın qapağını qapayıb zəif odda daha 5-10 dəq. bişirin.
Soyuduqdan sonra alınmış kütləyə bişmiş düyü (düyünü qaynadıb suyunu süzün), sürtgəcdən keçirilmiş pendir, göyərti əlavə edin.
Lavaşların arasına qoyub bükün və pendirin əriməsi üçün mikrodalğalı sobada (yaxud da adi sobada)daha 5-10 dəq. saxlayın.

Nuş olsun!
BİZİ İZLƏYİN