• Sac içi resepti

Reseptin məlumatları Baxış sayı: 37 712

Tarix : 16-06-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, böyrək) – 250 qram,
Baş soğan – 2 ədəd,
Quyruq yağı– 50 qram,
Duz – 1 çay qaşığı,
Üyüdülmüş qara istiot – ½ çay qaşığı,
nar dənələri – 30 qram,
Kartof – 2 ədəd,
Badımcan – 2 ədəd,
Şirin bibər – 1 ədəd,
Pomidor – 2 ədəd,
Nazik lavaş – 3-4 ədəd.

Hazırlanması:
Qoyun əti yuyulmalı, qurulanmalı, nazik pərdəsi təmizlənməli və kiçik tikələrə doğranmalıdır. Soğan təmizlənməli, yarımhalqa halında doğranmalıdır.
Dərin tavada və ya qazanda quyruq yağı əridilməli, ət qoyulmalı, nazik qabıq əmələ gələnədək təxminən 5-7 dəqiqə güclü odda qızardılmalıdır. Alov azaldılmalı. soğan əlavə edilməli, duzlanmalı və istiot vurulmalıdır və hazır olanadək yenə də 20 dəqiqə qızardılmalıdır, sonra isə nar dənələri əlavə edilməlidir.
Kartof və badımcanlar təmizlənməli, iri doğranmalıdır. Bibərlər yuyulmalı, toxumu və aralıqlar təmizlənməli, 8 hissəyə bölünməlidir. Pomidorlar yuyulmalı və dairəvi şəkildə doğranmalıdır.
Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı-ayrılıqda kartof, badımcanlar, bibər və pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 yerə bölünməli və sacın üzərinə qoyulmalıdır.

Nuş olsun!
Etiketlər: doğranmalıdır, təmizlənməli, yuyulmalı, qızardılmalıdır, badımcanlar, dənələri, bibər, sacın, nazik, tavada, istiot, lavaş, Kartof, Qoyun, soğan, dəqiqə, hazır, olanadək, əlavə, qaşığı
BİZİ İZLƏYİN