• Gürcü xəngəli resepti

Reseptin məlumatları Baxış sayı: 17 883

Tarix : 16-06-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Xəmir üçün:
3 st. un
1 st. su
1 yumurta
duz

İç üçün:
250 qr. yağlı qoyun əti
200 qr. mal əti
3 baş soğan
qırmızı və qara istiot
su, duz

Hazırlanması:
Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.
İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur.
Xəmir kiçik hissələrə ayrılır, kündələnir. Hər kündə yayılaraq içinə qiymə qoyulur.
Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz.
Xəmirin kənarı bükülür.
Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, Xəmir, qoyulur, kündə, içlərini, Xəmirin, kəsib, bilərsiniz, doldura, Böyük, yayılaraq, içinə, qiymə, yayıb, şəkildəki, bükülür, duzlu, qaynadılmış, dəqiqə
BİZİ İZLƏYİN