• Pendirli kiş resepti

Reseptin məlumatları Baxış sayı: 14 053

Tarix : 20-06-2016, 17:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Xəmiri üçün:

300 qr un
150 qr marqarin
1 ədəd yumurta
duz

Üzəri üçün:
6-7 ədəd təzə soğan
1/2 dəstə şüyüd
1/ 2 su stəkanı yaşıl zeytun
1/ 2 su stəkanı qara zeytun
150 qr fıstığlı kolbasa
1 box labne (firma adı) pendiri

Hazırlanması:
Kiş xəmiri üçün bir qabda unu və duzu qarışdırın.
Marqarini kub şəklində kəsərək, unun üzərinə əlavə edin. Yumurtanı əlavə edin.
Xəmiri tez tez yoğurun. Üzərinə nəmli bir bez örtün, soyuducunda yarım saat saxlayın.
Kişin üzərinə qoyacağınız qarışıq üçün soğanları və şüyüdü incə incə doğrayın.
Yaşıl və qara zeytunu incə incə kəsin. Fıstığlı kolbasanı kub şəklində doğrayın.
Geniş bir qabda doğranmış zeytunu, təzə soğanı, şüyüdü, kolbasanı və labne pendirini qarışdırın.
Xəmiri qabından bir az daha böyük açın. Qabın içinə yerləşdirin.
Kənarlarını bıçaqla kəsin. Xəmirin üzərində çəngəllə dəliklər açın.
Əvvəldən isidilmiş sobada qızarana qədər bişirin.
Sobadan çıxardıqdan sonra soyudun.
Pendiri üzərinə yayın. Dilimləyərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: üzərinə, Xəmiri, əlavə, qabda, qarışdırın, şüyüdü, doğrayın, kolbasanı, kəsin, zeytunu, labne, şəklində, zeytun, stəkanı, böyük, qabından, Qabın, içinə, Kənarlarını, yerləşdirin
BİZİ İZLƏYİN