• Kiyev kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 18 044

Tarix : 15-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Əvvəllər kiyev kotletlərin yalnız restoranda dada bilirdik. Amma hal-hazırda istənilən vaxt evimizdə hazırlaya bilərik. Bu reseptlə Siz həm ailə üzvlərinizi həm də qonaqlarınızı sevindirə bilərsiniz.

Tərkibi:
Toyuq sinəsi 500 gr
Kərə yağı 60 gr
Sarımsaq 2-3 əd
Şüyüt
Yumurta 3 əd
Suxari ovuntusu
Un
Bitki yağı

Hazırlanması:
Toyuq sinəsinin artığını kəsirik, böyük hissəni ortadan kitab kimi kəsib açırıq və döyürük.Sousu hazırlayirıq bunun uçun:Mayonez,sarımsaq, xardal, duz və istiotu qarışdırırıq.

Sousu toyuğun sinəyə çəkirik.

Sinədən kəsdiyimiz artıq parçanı da döyürük və içinə kibrit qutusunun yarısı qədər yağ qoyuruq.

Büküb sinənin içinə qoyuruq. Sonra sinəni bükürük.

Sinələri yarım saatlıq buzxanaya qoyuruq ki, içindəki yağ donsun.
Yarım saat keçdikdən sonra 1 qabda yumurta və süd çalırıq,o biri qaba isə suxari tökürük. Kotletləri birinci süddə hər tərəfli isladırıq sonra suxari olan qaba qoyuruq. Bu prosesi 2 dəfə eləyirik.

Kotletləri 220°C qızmış sobada 45 dəqiqə və ya üstü qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: qoyuruq, Sousu, döyürük, suxari, Kotletləri, sonra, içinə, Toyuq, Sinələri, yarım, Büküb, Sonra, bükürük, sinəni, sinənin, yarısı, kəsdiyimiz, Sinədən, çəkirik, sinəyə
BİZİ İZLƏYİN