• Orman kababı resepti

Reseptin məlumatları Baxış sayı: 14 891

Tarix : 18-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr iri doğranmış ət
2 ədəd böyük kartof
2 ədəd kök
1 st konservləşdirilmiş yaşıl noxud
1 ədəd soğan
1 qaşıq tomat pastası
1/2 çay kiçik stəkan maye yağ
1 kiçik qaşıq toz bibər
duz

Hazırlanması:
Hermetik qazanda ətləri bişirin.
Sonra içinə yağ və doğranmış soğanı qoyun və soğan yumşalana qədər qovurun.
İçinə tomat pastasını əlavə edin və qovurun. Sonra toz bibəri də əlavə edin.
Bibəri qarışdırdıqdan sonra ət böyüklüyündə doğranmış kartofları və kökləri əlavə edin. durmadan qarışdırın və 2-3 dəqiqə qovurun.
İndi sıra 1 st konservləştirilmiş yaşıl noxudda….
Noxudu əlavə ettikdən sonra yeməyin üzərinə çıxana kimi su əlavə edin və qapağı qapatın.
Yemək bişdikdən sonra duzu da əlavə edin və biraz qaynadın. Yeməyiniz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qovurun, doğranmış, sonra, tomat, Sonra, kiçik, soğan, qaşıq, yaşıl, konservləştirilmiş, noxudda…, Noxudu, böyüklüyündə, qarışdırın, kökləri, kartofları, durmadan, dəqiqə, qapağı
BİZİ İZLƏYİN