• İmam bayıldı resepti

Reseptin məlumatları Baxış sayı: 8913

Tarix : 19.06.2016, 11:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
4 orta badımcan
4 orta soğan
4 sarımsaq dişi
6 yetişmiş, soyulmuş orta pomidor
100 ml zeytun yağı
5-6 çay qaşığı xırda doğranmış cəfəri
3 çay qaşığı şəkər
5 çay qaşığı təzə limon şirəsi
duz
istiot

Hazırlanması:
Böyük bir qazanda su qaynadın, 7-8 dəqiqə badımcanları suda bişirin, sonra suyu boşaldın və badımcanların soyuması üçün gözlədin.
Soğanları zeytun yağında qızardın, doğranmış sarımsağı və soyulmuş pomidorları əlavə edin.
Təxminən 10 dəqiqə pörtlədin, sonra doğranmış cəfərini əlavə edin.
Badımcanları iki yerə kəsin, içini çıxardın.
Badımcanlardan çıxarılan içini doğrayın, tərəvəzlərlə qarışdırın, limon şirəsi və duz-istiot qatın.
Alınmış qarışıqla badımcanların içini doldurun, üzərinə qalan yağ gəzdirin, tavaya qoyun.
180 dərəcə temperaturda 45 dəqiqə sobada bişirin.
Süfrəyə verilmə:Süfrəyə isti-isti, ən yaxşısı qatığla verilir.

Nuş olsun!

Etiketlər: dəqiqə, qaşığı, doğranmış, içini, sonra, badımcanların, şirəsi, istiot, zeytun, əlavə, bişirin, soyulmuş, Süfrəyə, limon, doldurun, Alınmış, qarışıqla, qarışdırın, çıxardın, çıxarılan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN