• Pendirli və yumurtalı pide resepti

Reseptin məlumatları Baxış sayı: 16 610

Tarix : 20-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Xəmiri üçün:

4 st. un,
0.5 ç.q. maya,
1 ç.q. duz ,
0,5 ç.q. şəkər tozu ,
apardığı qədər ilıq su

İçlik üçün:
pendir
6 yumurta,
200 qr. kərə yağı
keşniş, şüyüd
duz, istiot, qırmızı istiot

Üzəri üçün:
1 yumurta

Hazırlanması:
Xəmir üçün qaba un, maya, duz, şəkər tozu və az-az ilıq su əlavə edib xəmir yoğrulur.
Xəmir 6 kündəyə ayrılır. Kündələr oxlovla açılır, üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir.
Sonra kənarları hər iki tərəfdən ortaya doğru bükülür, (rulet formasında) ucları birləşdirilib, bərkidilir.
Ortası açıq qalır və qayıq forması alınır. Pidelər yağlanmış listə yığılır və ortasına bir az da pendir səpilir.
Pidelər bu halda bir az gəlməyə qoyulur. Sonra ətraflarına yumurta çəkilib, sobada 200° C-də bişirilir.
Bu pidenin bişmə prosesi izlənilir. Üzəri bir az qızaranda və pendir əriyəndə sobadan çıxarıb, ortasına yumurta salırıq (yumurtanı elə salmaq lazımdır ki, sarısı dağılmasın, yəni bütöv olsun). Yenə sobaya qoyulur.
Yumurtanın ağı bişdikdə pidelər sobadan çıxarılır. Üzərinə bir dilim kərə yağı qoyulur.
Duz, istiot, qırmızı istiot və göyərti səpilir. Artıq pideniz hazırdır.

Nuş olsun!
Etiketlər: istiot, pendir, yumurta, qoyulur, səpilir, qırmızı, Xəmir, Sonra, sobadan, olsun, Üzəri, şəkər, Pidelər, ortasına, prosesi, izlənilir, əriyəndə, çıxarıb, qızaranda, bişmə
BİZİ İZLƏYİN