• Miqas resepti

Reseptin məlumatları Baxış sayı: 13 615

Tarix : 21-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
qırmızı bolqar bibəri – ½ ədəd
yaşıl bolqar bibəri – ½ ədəd
çorizo kolbasası – 2 ədəd
fransız bageti (uzun baton çörək) – 1 ədəd
sarımsaq – 2 diş
zeytun yağı – 50 ml
duz, istiot – zövqə görə
qırmızı soğan – 1 ədəd

Hazırlanması:
Çörəyi ovun, üzərinə bolluca su çiləyib kənara qoyun.
Qırmızı və yaşıl bibəri təmizləyib zolaq-zolaq doğrayın.
Çorizonu halqa-halqa doğrayın (çorizonu istənilən hisə verilmiş kolbasa ilə əvəz etmək olar).
Soğanı yarımhalqa formada doğrayın.
Zeytun yağını tavada qızdırıb bütün ərzaqları hazır olana kimi qızardın (soğan və bibər xırçıldamalıdır).
Ərzaqları tavadan çıxardıb, tavaya azca yağ tökün, əzilmiş sarımsağı yağa əlavə edin. Çörək qırıntılarını da yeməyə əlavə edib orta alovda su buxarlanana kimi qızardın.
Çorizonu tavaya qaytarıb, qarışdırıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: bagetin, bibəri, doğrayın, əlavə, yaşıl, soğan, zolaq, halqa, Çorizonu, qızardın, tavaya, bolqar, qırmızı, bütün, qarışdırıb, hazır, olana, süfrəyə, ərzaqları, olsun, Zeytun
BİZİ İZLƏYİN