• Souslu Tagliatelle makaronu resepti

Reseptin məlumatları Baxış sayı: 14 485

Tarix : 19-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
4 yumaq tagliatelle makaronu
2-6 ədəd pomidor
0.5 kq ağ göbələk
2 diş sarımsaq
1 baş soğan
1 x.q zeytun yağı
cəfəri
qırmızı istiot (bibər)
kərə yağı

Hazırlanması:
Göbələk və xırda doğranmış soğanı tavada qızılı rəng olana qədər zeytun yağında qızardırıq. Bu şəkildə bişəcək.
Üzərinə duz, qırmızı-qara istiot əlavə edib qarışdırın. Pomidorun qabığı soyulur. Pomidoru, qırmızı istiotu və sarımsağı bıçaqla bu şəkildə doğrayırıq.
Doğranmış qarışığı göbələyin üzərinə əlavə edirik. Bir qədər də kərə yağı ilə yumşalana qədər bişiririk və duz vururuq.
Makaronu bişiririk. Sousu makaronun üzərinə əlavə edirik. Üzərinə cəfəri doğrayırıq. Budur hazırdır.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, qırmızı, Üzərinə, istiot, doğrayırıq, bişiririk, edirik, üzərinə, cəfəri, şəkildə, zeytun, Doğranmış, qarışığı, göbələyin, tagliatelle, sarımsağı, Pomidoru, istiotu, yumaq
BİZİ İZLƏYİN