• Acarsayağı xaçapuri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 420

Tarix : 21-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
şəkər – 1 ç. q.
duz – 1 ç. q.
un – 1 kq
bitki yağı – 1 x. q.
süd – 1 stakan
qabartma tozu – 1 x.q.

İçlik üçün:
Təzə ağ pendir – 1 kq
yumurta – 8-10 əd.
kərə yağı – 100 q

Hazırlanması:
Un ələnir, kasaya südlə qarışdırılmış 0,5 l ilıq su tökülür, qabartma tozu, şəkər, duz və bitki yağı əlavə olunur. Xəmir yoğurulur, xəmir bərk olmamalıdır.
Xəmirin üstü örtülür və 1,5 – 2 saatlıq isti yerə qoyulur. Sonra yene yoğrulur ve 1 – 1,5 saatlıq qoyulur qalsın.
İçlik üçün pendir sürtgəcdən keçirilir, övkələnir, 0,5 stakan qaynadılmış soyuq su əlavə olunur və qatılaşana kimi yaxşıca qarışdırılır.
Xəmir, təxminən 200 qramlıq kündələrə ayrılır. Sonra hər kündə çox da böyük olmayan dairə şəkilində yayılır. Pendir səpilir, qıraqları 2-3 sm açıq qalır.
Dairənin qıraqları mərkəzə doğru bükülür, ucları birləşdirilir – yani qayığı xatırladan derinlik alınır: şəkilə diqqət.

Acarsayağı xaçapuri resepti - FOTO RESEPT

15 dəqiqəlik qaynar sobaya ( 250C temperaturda) qoyuruq. Xaçapurilərin qıraqları qızaran kimi, sobadan götürülür və hərəsinin üstünə 1 yumurta vurulur. Sonra yenə 1-2 dəq. ərzində sobada bişirilir.

Nuş olsun!
Etiketlər: Sonra, qıraqları, Xəmir, şəkər, qoyulur, saatlıq, əlavə, olunur, yumurta, stakan, bitki, qabartma, İçlik, pendir, derinlik, xatırladan, şəkilə, qayığı, alınır, diqqətini
BİZİ İZLƏYİN