• Balıq blinçiki resepti

Reseptin məlumatları Baxış sayı: 15 237

Tarix : 23-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1,5-2 stəkan un
0,5 litr süd
3 ədəd yumurta
1 x.q. şəkər tozu
1-2 x.q. bitki yağı
duz

İç üçün:
300-350 qram balıq filesi
150 qram pendir
200-250 qram xama
0,5-0,75 stəkan süd
kərə və ya bitki yağı
şüyüd
duz, istiot

Hazırlanması:
Blinçikləri bişirib, iç hazırlamağa başlayın.

İç hazırlamaq üçün: balığın filesini yuyub, xırda kub formasında doğrayın. Göyərtini təmizləyib, xırdalayın. Soğanı yarım halqa formasında doğrayıb, yağda qızardın. Üzərinə döğranılmış balığı əlavə edib, 4-5 dəqiqə ərzində bişirin. Balığın üzərinə un səpib, qarışdıraraq 1 dəqiqə ərzində qızardın. Sonra xama əlavə edib, qaynayana qədər bişirin. Üzərinə süd töküb, qarışdırın. Sous nə qatı, nə də çox sulu olmamalıdır.

Sousun üzərinə duz, istiot və doğranılmış şüyüd səpib, qarışdırın.
Blinçikin üstünə 1-2 xörək qaşığı balıq sousu qoyub, üzərindən sürtkəcdən keçirilmiş pendir səpin. Sonra blinçikləri torba şəklində səliqəli büküb, ağzını göy soğanla bağlayın.
Hazırladığınız blinçikli torbaları yağlanmış xüsusi forma qabına yerləşdirib, 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, ərzində, bişirin, Üzərinə, qızardın, əlavə, qarışdırın, formasında, Sonra, səpib, üzərinə, bitki, şüyüd, istiot, stəkan, balıq, pendir, torba, keçirilmiş, blinçikləri
BİZİ İZLƏYİN