• Sobada makaron resepti

Reseptin məlumatları Baxış sayı: 14 060

Tarix : 25-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr çubuq makaron
Yarım litr süd
2 xörək qaşığı marqarin
4 ədəd yumurta
200 qr. yağsız pendir
Duz
Qara bibər

Hazırlanması:
Makaronları qırmadan qaynadıb, suyunu süzün.
Təkrar qazana götürüb içərisinə əridilmiş yağı və rəndələnmiş yağsız pendirin yarısını töküb qarışdırın.
Üzərinə qalan yağsız pendiri səpin. Bir qaba 4 yumurtanı qırıb çəngəllə yaxşıca çalın.
Yumurtaya yarım litr südü, duzu, qara bibəri qoyub, qazandakı makaronların üzərinə tökün.
Sonra çıxardıb, yüngülcə soyuyunca kvadrat və ya paxlava şəklində kəsib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: yağsız, Yumurtaya, yarım, bibəri, qazandakı, qoyub, çalın, yaxşıca, səpin, pendiri, yumurtanı, qırıb, çəngəllə, makaronların, tökün, kəsib, şəklində, süfrəyə, verin, olsun
BİZİ İZLƏYİN