• İspanaqlı hamburger resepti

Reseptin məlumatları Baxış sayı: 12 098

Tarix : 25-06-2016, 12:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
750 qr ispanaq
yarım stəkan zeytunyağı
1 baş soğan
zövqə görə duz, qara bibər, qırmızı bibər
200 qr yağsız pendir
4-5 ədəd yumurta

Hazırlanması:
Hamburger çörəklərini ortadan bərabər şəkildə kəsərək ikiyə ayırın.
Üzərinə kərə yağı sürüb soba qabına qoyun. lspanağları ayırıb yuyun, iricə doğrayın.
Bir qazana zeytunyağını qoyub istiləşincə içinə incə doğranmış soğanı əlavə edib yüngülcə qovurun.
Sonra ispanaqları əlavə edin. Bir iki dəfə qarışdırdıqdan sonra duz, qara bibər, qırmızı bibər qoyub atəşin dərəcəsini azaldıb ispanaqları yumşalana qədər bişirin.
Ocaqdan götürün. Bir qabda qırılmış yumurtaları yağsız pendirin rəndəsi ilə yaxşıca çırparaq ıspanaklara əlavə edin.
Bu qarışığı hamburger çörəklərinin üzərinə yerləşdirin və sobaya qoyun bir az daha bişirin. Üzərini pomidorla bəzəyərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: bibər, əlavə, qırmızı, qoyun, qoyub, bişirin, yağsız, ispanaqları, Ocaqdan, Sonra, götürün, qırılmış, qabda, qədər, yumşalana, qarışdırdıqdan, sonra, yumurtaları, dərəcəsini, azaldıb
BİZİ İZLƏYİN