• Mayonezli toyuqlu çörək resepti

Reseptin məlumatları Baxış sayı: 13 480

Tarix : 24-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
1 ədəd qara və ya ağ çörək
1 ədəd portağal
2 ədəd toyuq sinə filesi
1 çay qaşığı keşniş
1 stəkan mayonez
1 çay qaşığı köri
3 dənə nanə

Hazırlanması:
Çörəyin üzərini kəsərək qapaq şəklində çıxarın. İçini boşaldın.
Toyuq sinəsini qaynadıb, soyutduqdan sonra iri parçalara ayırın.
Portağalın qabığını ağ hissəsilə birlikdə kəsərək soyun. Dilimlədiktən sonra pərdələrini çıxarın.
Mayonez, köri, keşniş və toyuq parçalarını qarışdırın. Hazırladığınız toyuqlu qarışığı çörəyin içinə doldurduqdan sonra, portağal dilimləri və təzə nanə yarpaqları ilə bəzəyin.
Üzərini qapaq kimi çıxardığınız çörəklə bağlayın, alüminium folyoya sarın. Soyuducuda 2 saat gözlətdikdən sonra süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: sonra, keşniş, qapaq, kəsərək, qaşığı, çıxarın, toyuq, portağal, yarpaqları, dilimləri, doldurduqdan, qarışığı, qarışdırın, parçalarını, Hazırladığınız, toyuqlu, çörəyin, bəzəyin, içinə, bağlayın
BİZİ İZLƏYİN