• Tuna balıqlı sendviç resepti

Reseptin məlumatları Baxış sayı: 14 954

Tarix : 26-06-2016, 14:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2


Tərkibi:
4 dilim qara kəpək çörəyi
2 ədəd xiyar
1 konserv olunmuş pəhriz tuna balığı
3 ədəd təzə soğan
8-9 ədəd qara zeytun
1 ədəd qırmızı bibər
1/2 kahı

Hazırlanması:
Təzə soğanları incə incə doğrayın. Xiyarları rəndələyin.
Zeytunu tumlarını çıxardıqdan sonra kiçik doğrayın. Kahını incəcik doğrayın.
Qırmızı qaynar suya qoyub, 3 dəqiqə gözlədin. Çıxarıb qabıqlarını soyun. Kiçik kiçik doğrayın.
Qarışığa əlavə edin. Yaxşıca qarışdırın.
Bu qarışığı kəpək çörəklərin arasına qoyub, süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: doğrayın, qoyub, kəpək, kiçik, qabıqlarını, Çıxarıb, gözlədin, qaynar, incəcik, Qırmızı, soyun, dəqiqə, Qarışığa, arasına, süfrəyə, təqdim, olsun, çörəklərin, qarışığı, Kahını
BİZİ İZLƏYİN