• Zeytun yağlı yaşıl lobya resepti

Reseptin məlumatları Baxış sayı: 13 981

Tarix : 19-06-2016, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq. yaşıl lobya
2 yemək qaşığı un
2 ədəd limonun suyu
1 ədəd quru soğan
1 dəstə şüyüd
10 ədəd yaşıl soğan
1 çay stəkanı zeytunyağı
6 ədəd kəsmə şəkər (qənd)
2 çay qaşığı duz

Hazırlanması:
1 qaşıq un ilə 1 ədəd limonun suyunu çalın.
Dərin bir qabın içində 1 stəkan suyla qarışdırın.
Yaşıl lobyaları yuyun. Uclarını və yanlarını təmizləyin.
Qaralmamaları üçün limonlu və unlu suya atıb saxlayın.
Bir qazanın ortasına soğanı bütün olaraq qoyun.
Kənarlarına lobyaları günəş kimi sıralayın .
Dərəotunun yarısını üzərinə doğrayın.
Yaşıl soğanları yaşıl lobya uzunluğunda kəsib , onlar kimi düzün.
Qalan yaşıl lobyaları da yaşıl soğanların üzərinə yerləşdirin.
Zeytunyağını, 1 qaşıq unu və 1 ədəd limonun suyunu qarışdırın.
Yaşıl lobyanın üzərinə tökün. Şəkərini, duzunu atın.
Üzərini bağlayacaq qədər isti su əlavə edin.
Düzdüyünüz yaşıl lobyaların pozulmaması üçün üzərini farfor bir qabla bağlayın.
Batıq atəşdə ən az 1 saat bişirin. Qazanın içində soyumasını gözləyin.
Tərs çevirərək qaba qoyun.
Üzərini dərəotu ilə bəzəyərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: yaşıl, limonun, Yaşıl, lobyaları, üzərinə, suyunu, içində, Üzərini, qoyun, qaşıq, qarışdırın, qaşığı, soğan, lobya, onlar, düzün, duzunu, təqdim, bağlayacaq, əlavə
BİZİ İZLƏYİN