• Makaronlu toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16207

Tarix : 26.06.2016, 09:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Makaron
toyuğun döş əti
doğranmış göbələk
Pomidor (1)
Soğan (1)
xama (2x.q)
un (2ç.q)
Su (2 st)

Hazırlanması:
Əvvəlcə makaronları suda bişiririk.
Sonra toyuğun döş ətini uzun-uzun doğrayıb yağda qızardırıq.
Sobanın qabına əvvəlcə makaronun yarısını tökürük, sonra toyuq ətini üzərinə düzürük.
Ayrıca bir tavada göbələkli sous bişiririk.

Göbələkli sousun bişirilmə qaydası:
Soğan nazik uzun doğranır və göbələklərlə birlikdə yağda qızardılır.
(Dogranmış hazır satılan turşu göbələkdən istifadə etmək olar. Əvvəlcə suda yuyun ki, turşuluğu çıxsın) Qızardıqdan sonra üzərinə un əlavə edib qovururuq.
Pomidoru xırda-xırda doğrayıb üzərinə əlavə edirik. Sonra su, duz zövqə görə istiot vurub bişiririk.

Sous bişdikdən sonra soba tavamıza əlavə edirik, üstündən makaronları tökürük və bir də üzərini sousla örtürük.
Ən sonda holland pendirini surtgəcdən keçirib yeməyimizə qatırıq və sobaya yerləşdiririk.

Nuş olsun!


Etiketlər: bişiririk, əlavə, sonra, üzərinə, doğrayıb, Sonra, yağda, edirik, tökürük, xırda, ətini, toyuğun, makaronları, Soğan, Əvvəlcə, vurub, etmək, istiot, zövqə, istifadə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN