• Göbələkli dolma resepti

Reseptin məlumatları Baxış sayı: 14 377

Tarix : 24-06-2016, 13:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6-8 bolqar bibəri
500 qr şampinyon
2 dənə soğan
2 dənə pomidor
1 dənə kök
100 qr düyü
300 qr ət bulyonu
50 qr ketçup
50 qr zeytun yağı
1 dəstə cəfəri, 1 dəstə şüyüd
duz, istiot

Hazırlanması:
Tavada xırda doğranmış göbələklə soğan zeytun yağında qızardılır.
Sonra ona qabığı soyulmuş və xırda doğranmış pomidor, sürtgəcdən keçirilmiş kök və xırda doğranmış göyərtilər əlavə olunur və vam odda bişirilir.
Axırda ona 3 xörək qaşığı ketçup, yarıbişmiş düyü və zövqə görə duz və istiot əvalə olunur və yaxşı qarışdırılır.
Bir neçə dəqiqə qaynadıqdan sonra bu içlik kənara qoyulur və soyudulur.
Bibər yuyulur və təmizlənir.
Bibərə içlik doldurulur, divarları qalın olan qazana yığılır və üzərinə çıxana qədər bulyonla qarışdırılmış 2 x.qaşığı ketçup əlavə olunur.
Yemək vam odda 30 dəqiqə ərzində bişirilir.

Nuş olsun!
Etiketlər: ketçup, xırda, doğranmış, olunur, istiot, əlavə, bişirilir, dəqiqə, dəstə, qaşığı, içlik, soğan, pomidor, zeytun, qaynadıqdan, Bibər, yuyulur, sonra, qoyulur, kənara
BİZİ İZLƏYİN