• Kasada mantı resepti

Reseptin məlumatları Baxış sayı: 13 764

Tarix : 23-06-2016, 20:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Xamir üçün:

2 xörək qaşığı duru yağ
1 ədəd yumurta
1 çay qaşığı duz
6 su ​​stəkanı un
kifayət edəcək qədər su

Sousu üçün:
1 xörək qaşığı kərə yağı
250 qr qiymə
1 ədəd acı bibər
1 xörək qaşığı tomat

Hazırlanması:
Unun ortasını hovuz kimi açıb, yumurta, su və duz əlavə edərək yoğurun.
Xəmiri parçalara ayıraraq 15 dəqiqə gözlədin. Parçalardan incə lavaşları açın.
Lavaşları kiçik kvadratlar şəklində kəsin. Ulduz şəklində qatlayıb, yağladığımız nimçəyə düzüb, sobada qızardın.

Sousu üçün:
Çəkilmiş əti yağda qovurun.
Doğranmış yaşıl bibəri əlavə edib üzərinə bir stəkan suda əridilmiş tamat tökün.
Sarmısaqlı qatıqla süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, Sousu, şəklində, yumurta, əlavə, qızardın, Çəkilmiş, qovurun, yağda, sobada, nimçəyə, Ulduz, kəsin, qatlayıb, yağladığımız, Doğranmış, düzüb, üzərinə, qatıqla
BİZİ İZLƏYİN