• Zeytun yağlı portağallı kərəviz resepti

Reseptin məlumatları Baxış sayı: 13 362

Tarix : 26-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd kərəviz
1 ədəd kök
1 ədəd kartof
1 ədəd soğan
2 ədəd limon
1 ədəd portağal
1,5 şorba qaşığı şəkər tozu
2 çay qaşığı duz
1 çay stəkanı zeytun yağı

Hazırlanması:
Qazana zeytunyağını qoyub doğranmış soğanı əlavə edib bir az öldürək.
İçinə kub doğranmış yerkökü qoyub rəngi dönüb bir az qızarana qədər qovuraq.
Kök qovrularkən kərəvizi doğrayalım. (Kərəvizi soyarkən qaralmaması üçün limonlayarak soyaq.
Limonlu suda yuyaq.) Yerkökünə doğradığımız kartofla birlikdə əlavə edək.
Üstünə portağalın suyu, yarım limon suyu, duz və şəkəri əlavə edib üstünü örtəcək qaynamış suyu tökək.
Qapağını bağlayıb batıq atəşdə suyunu çəkənə qədər bişirək.
Qazanında soyudub vaxtınız varsa 1 gecə buzdolabında saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, qoyub, limon, qədər, doğranmış, olsun, yarım, şəkəri, üstünü, qaynamış, örtəcək, portağalın, Üstünə, Yerkökünə, yuyaq, doğradığımız, kartofla, birlikdə, tökək
BİZİ İZLƏYİN