• Gül kələmli zapekanka resepti

Reseptin məlumatları Baxış sayı: 14 285

Tarix : 26-06-2016, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq gül kələmi
300 q xama
200 q vetçina
100 q pendir
2 ədəd yumurta
duz, istiot

Hazırlanması:
Gül kələmini kiçik hissələrə bölün.
Su qaynadın və suya duz da vurun.
Kələmi qaynar suyun içinə tökün. Kələm yumşalanacan saxlayın.
Diqqət edin ki, kələm dağılacaq qədər yumşalmasın.
Bir az yumşalsa, bəs edər. Sonra isə kələmi süzün və qoyun bir qədər soyusun.
Pendiri sürtgəcin kiçik gözündən keçirin. Vetçinanı kiçik kub şəklində doğrayın.
Xama ilə yumurtanı birlikdə çalın və duz, istiot vuraraq qarışdırın.
Vetçinanın xamalı qarışığa əlavə edib qarışdırın.
Kələmi də bu qarışıma əlavə edin və ehtiyatla qarışdırın ki, kələm əzilməsin.
Alınan məhlulu yağlanmış qaba tökün və qaşıqla üzərini hamarlayın.
Pendiri onun üzərinə bərabər miqdarda əlavə edərək yayın.
Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40-50 dəqiqəyəcən bişirin.
Süfrəyə verməmişdən əvvəl bir qədər soyuda bilərsiniz, amma isti ikən lap ləzzətli olur.

Nuş olsun!
Etiketlər: kiçik, qədər, əlavə, qarışdırın, tökün, Pendiri, istiot, kələmi, Kələmi, kələm, qaşıqla, üzərini, hamarlayın, yağlanmış, üzərinə, əzilməsin, xamalı, Vetçinanın, qarışığa, qarışıma
BİZİ İZLƏYİN