• Evdə hazırlanan lazanya resepti

Reseptin məlumatları Baxış sayı: 21 630

Tarix : 24-06-2016, 09:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
400 qram çəkilmiş ət
1 ədəd yerkökü
2 ədəd soğan
100 qram un
50 qram pendir
dəfnə yarpağı
duz, istiot
1 ədəd pomidor
30 ədəd lazanya
100 qram şərab
2 diş sarımsaq
yarım dəstə cəfəri
750 ml süd
100 qram kərə yağı

Hazırlanması:
Lazanyanı qablaşdırılmada göstərildiyi qaydada hazır vəziyyətə gətiririk.
Soğan xırda doğranıb yağda qızılı rəng alana kimi qovrulur, sonra kök sürtgəcdən keçirilib əlavə edilir.
Hazır olmuş lazanyanı mətbəx dəsmalının üstünə qoyub üzərinə bir dəsmal yenə qoyuruq, beləcə sudan çıxarırıq.
İçlik hazır olana kimi gözlədirik.
Qızardılmış soğana xırda doğranmış bibər əlavə edib 5-7 dəqiqə qovururuq.
Ət və şərabı əlavə edirik.
Pomidoru sürtgəcdən keçiririk, ətə əlavə edib suyu çəkilənədək qovururuq.
Cəfərini və sarımsağı xırda doğrayıb əlavə edirik.
Lazanya üçün lazım olan beşamel sousunu hazırlayırıq. Unu tavaya töküb yağda qovururuq.
Ən zəif oda qoyub südü, duzu, istiotu, dəfnə yarpağını əlavə edib, qarışdırırıq, qaynayan kimi götürürük.
Holland pendirini əlavə edib qarışdırırıq, sousumus hazırdır
Lazanya, içlik, sous, əlavəsi ilə bir neçə lay hazırlayırıq.
Ən üst qata sous və pendir əlavə edirik, 180 dərəcədə 30 dəqiqə, üstü qızaranadək sobada saxlayırıq.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, qovururuq, edirik, yağda, hazırlayırıq, hazır, qarışdırırıq, sürtgəcdən, dəqiqə, dəfnə, pendir, Lazanya, qoyub, Cəfərini, doğrayıb, sarımsağı, olana, keçiririk, Qızardılmış
BİZİ İZLƏYİN