• Plovlu cücə dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 778

Tarix : 14-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd sobada qızarmış bütün toyuq
500 qr düyü
125 qr kərə yağı və ya marqarin
4 və ya 5 stəkan ət suyu və ya normal qaynanmış su
80 qr dolma fıstığı
80 qr quş üzümü
200 qr incə küp şəklində doğranmış quzu ciyəri
yarım dəstə incə doğranmış şüyüd
duz
qara bibər
2 ədəd incə küp şəklində doğranmış quru soğan

Hazırlanması:
Düyünün daşlarını çıxarıb və bir qabın içinə qoyub içinə bir ovuc duz atın.
İlıq suda 15 dəqiqə gözlədin.
Qazanı ocağın üzərinə qoyun.
İçinə yağı qoyun və ocağı yandırın.
80 qr dolma fındığını əlavə edərək qızarana qədər qovurun.
Sonra soğanı əlavə edin və qızarana qədər qovurun və ciyəri əlavə edin.
Ciyər qovrulduqdan sonra düyünü yuyub süzdürün.
Eyni qazana qoyub 5 dəqiqə qovurun.
Daha sonra duzu, qara bibəri və şüyüd əlavə edərək bir dəqiqə qovurun və suyun hamısını , quş üzümü əlavə edərək bir dəfə də qaynatdıqdan sonra ocağın altını yavaş yavaş almağa başlayın.
Bişdikdən sonra dərəotunu əlavə edərək qarışdırın.
Toyuğu sobada qızardıb içini plovla doldurun.
Təkrar sobaya qoyaraq 180 dərəcədə 5 dəqiqə bişirdikdən sonra süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, bitki, qızardın, bibər, qaşığı, kaşar, içinə, bulayın, yumurtaya, yağında, doldurun, Əvvəl, formasında, Toyuqları, sarın, ardınca, açılmaması, çöpləri, Qızardıqdan
BİZİ İZLƏYİN