• Ağ şərab sousunda toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 13 954

Tarix : 1-07-2016, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd 25 qramlıq dana əti
4 ədəd 150 qramlıq sümüksüz və dərisi çıxarılmış toyuq sinəsi
175 qr soğan

Sous üçün:
75 qr soğan
275 ml quru ağ şərab
1 iyli otlar buketi
1 toyuq suyu bulyon
275 ml qaynar su
15 qr kərə yağı
20 qr un

Qarnir üçün:
125 qr brokoli
175 qr kök (bir neçə parçaya bölünmüş)

Hazırlanması:
İlk olaraq toyuq sinələrini rulet şəkili verərək ya da kəsib üst üstə qoyaraq kubik bir şəkildə gətirin .
Dana ətini toyuqlara büküb bohçalar edin.
Diləsəniz bir dişqurdalayan ya da mətbəx ipliyi bərkidin.
Uyğun bir qaba alıb , 200 dərəcəli sobaya soyduğunuz arpacık soğanlarıyla birlikdə atın.
35-40 dəqiqə toyuqlar bişənə qədər sobadan çıxarmayın.
Bu vaxt sousu hazırlayın.
Soğanı doğrayıp, iyli otlar buketi və şərabla birlikdə qaynadın.
10 dəqiqə sonra buketi çıxarın.
Toyuq bulyonunu suya atın.
Kərəyağını əridib unla qarışdırın.
Yavaş yavaş toyuq suyunu və sonra da ağ şərabı əlavə edin.
Qaynadıqdan sonra sous qatlaşana kimi ocaqdan götürməyin.
Sousu toyuğun üzərinə töküb , 10 dəqiqə qədər sobada bişirin.
Bu vaxt qarnir kimi tərəvəzləri buxarda qaynadın və xidmətə hazırdır.

Nuş olsun!
Etiketlər: toyuq, Toyuq, buketi, sonra, dəqiqə, qramlıq, qaynadın, soğan, otlar, qədər, birlikdə, Kərəyağını, əridib, bulyonunu, çıxarın, şərabla, doğrayıp, hazırlayın, toyuqlar, soğanlarıyla
BİZİ İZLƏYİN