• Fıstıqlı və acılı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 14 270

Tarix : 27-06-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 toyuğun sümüksüz bud və sinə hissəsi
3 dolmalıq bibər
1 yumurta
2 baş soğan
1 kök
2 yaşıl soğan
2 bibər
2 diş sarımsaq
4 çay qaşığı nişasta
1-2 xörək qaşığı soya sosu
1 çay stəkanı su
1 xörək qaşığı şərab
2 çay qaşığı duz
2 çay qaşığı şəkər tozu
1 kub toyuğun bulyonu
1 çay qaşığı sirkə
1 su stəkanı fısdıq

Hazırlanması:
Toyuq ətini kiçik kub şəklində doğrayın.
Təzə soğanları təmizləyib incə incə doğrayın.
Kökləri halqa halqa doğrayın.
Dolmalıq bibəri dörd hissəyə bölüb incə doğrayın.
Soğanı soyub iri iri doğrayın.
Fıstıqları soyub iki hissəyə ayırın.
Sarımsaqları soyub yenə halqa halqa doğrayın.
Toyuq ətini 1 çay stəkanı su və yumurta ağı ilə qarışdırın.
Sonra yumurta sarısı əlavə edib qarışdırın.
Duz, əzilmiş bulyon, 1 xörək qaşığı şərab və nişasta əlavə edib bir daha qarışdırın.
Qazanda 2-3 xörək qaşığı yağı atıb qızardın.
Toyuqları əlavə edib yüngül qızarana qədər qızardın.
Kəfgir ilə bir qaba alın.
Yaşıl və baş soğanı, sarımsağı və bibəri tavada qalan yağda bir az qovurub sonra ətləri bu qarışığa əlavə edin.
Kök və bibərləri toyuq ətlərinə əlavə edib hamısını birlikdə bir dəfə daha tavada 2-3 dəqiqə qovurun.
Tavanı atəşdən götürüb qovrulmuş ətlərin üzərinə çox az sirkə, şərab, duz və şəkər tozu səpin.
Fıstıqları əlavə edib qarışdırın və yemək hazırdır.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, doğrayın, xörək, halqa, qarışdırın, Toyuq, stəkanı, yumurta, soyub, şərab, şəkər, bibəri, tavada, qızardın, hissəyə, ətini, sirkə, Fıstıqları, bibər
BİZİ İZLƏYİN