• Körili hinduşqa sinəsi resepti

Reseptin məlumatları Baxış sayı: 13 870

Tarix : 28-06-2016, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd soğan
1 diş sarımsaq
1 ədəd quru qırmızı bibər
600 qr hinduşka sinəsi (və ya toyuq döş əti )
2 xörək qaşığı marqarin
duz , istiot
1 çay qaşığı köri
1 su stəkanı toyuq suyu
300 qr qatıq
2 xörək qaşığı un
1 dəstə yaşıl soğan
1 ədəd qırmızı alma
4 xörək qaşığı doğranmış cəfəri

Hazırlanması:
Soğan və sarmısağı soyub doğrayın.
Qırmızı bibəri kiçik kiçik doğrayın.
Kub doğranmış hinduşka ətinin əvvəl yarısını sonra digər yarısını yüksək atəşdə marqarin ilə yaxşıca qovurun.
Duz istiot qatın və sonra ocaqdan götürün.
Doğranmış soğan, sarımsaq və bibərləri köri ilə birlikdə hinduşkanı tavaya qoyun və yanmamasına diqqət edərək orta atəşdə qovurun.
Toyuq suyunu əlavə edin.
Qatığı un ilə qarışdırın və tavaya əlavə edin.
Ətləri də tavaya atıb batıq atəşdə qapağı bağlı olaraq 15 dəqiqə bişirin.
Təzə soğanları təmizləyib halqa şəklində doğrayın.
Almanı yuyun, qabığı ilə birlikdə incə incə doğrayın, yeməyə əlavə edin.
Duz, qara bibər ilə dadlandırın.
Almalar bir az yumuşayınca üzərinə cəfəri səpib atəşdən alın və qaynadılmış düyü ilə birlikdə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: doğrayın, qaşığı, əlavə, birlikdə, tavaya, soğan, atəşdə, xörək, kiçik, qovurun, sonra, yarısını, cəfəri, doğranmış, hinduşka, marqarin, bibər, qırmızı, sarımsaq, istiot
BİZİ İZLƏYİN