• Zeytun yağlı pomidor dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 302

Tarix : 9-07-2016, 09:00

Bölmə : Quru yeməklər / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
12 ədəd orta pomidor
1 su stəkanı düyü
4 ədəd quru soğan
2 ədəd qənd
1 çay qaşığı un
2 xörək qaşığı quş kişmiş
2 xörək qaşığı doğranmış şüyüd
1 çay stəkanı zeytunyağı

Hazırlanması:
Əvvəl quru soğanı incəcik kəsib, 1 xörək qaşığı zeytun yağı ilə orta atəşdə saramtıl rəngə çalana qədər qızardın.
Üzərinə, 10 dəqiqə qədər ilıq suda gözlətdiyiniz və süzdüğünüz, düyünü əlavə edin.
Duz, qənd, qalan zeytunyağı, incə doğranmış şüyüd və kişmişidə də əlavə edib qarışdırın.
Dolmanın içi hazırdır.
Pomidorların sərt olmasına diqqət yetirin.
Yaxşıca yuyub, üstdən qapaqlar şəklində kəsin.
İçini oyub, suyunu axıdın.
Dolmanın içalatını pomidorlara doldurun, dolmaları qazana düzün.
Pomidor qapaqlarını bağlayıb, 2 su stəkanı isti su qoyun.
Batıq atəşdə 30 dəqiqə qazanın qapağını açmadan bişirin.
Dolma parlaq olmasını istəyirsinizsə qapağı bağlı soyudun.

Nuş olsun!
Etiketlər: qaşığı, stəkanı, xörək, zeytunyağı, qədər, atəşdə, şüyüd, doğranmış, Dolmanın, dəqiqə, əlavə, dolmaları, düzün, Pomidor, qazana, axıdın, İçini, kəsin, şəklində, suyunu
BİZİ İZLƏYİN